“Ölkə maraqlarını satmağa hazır siyasi qüvvələr, media, ziyalı..." - Elşad Musayev

15:24 25.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın təxrbatlar törətmək üçün daxildə müəyyən qüvvələrdən istifadə etmə ehtimalı istisna edilmir. Bu siyahıya ölkənin maraqlarını satmağa hazır olan siyasi qüvvələri, media təmsilçilərini, ziyalı kəsim və ayrı-ayrı yaradıcılıq qrupunun nümayəndələri daxil ola bilər. Bunu istisna etmək olmaz. Rusiyanın mövcud hakmiyyətinin apardığ siyasət budur”.

Bunu Hafta.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri, deputat Elşad Musayev deyib.

Deputat qeyd edib ki, Rusiya imperialist siyasətindən əl çəkmək istəmir və istənilən vasitələrdən istifadə edərək, istəklərini yerinə yetirməyən ölkələrə qarşı müxtəlif təxribatlar törədir:

“Rusiyanın digər MDB ölkələrində olduğu kimi, Azərbaycanda da kifayət qədər cəsus agenturası var. Eyni zamanda, əlində olan ciddi media quruplarından yararlanaraq, istədikləri şəkildə təxribatçı informasiyalar yayırlar. Rusiya mətbuatı Azərbaycanın qərbyönlü siyasət həyata keçirməsini Azərbaycanın maraqlarına uyğun olmayan hal kimi qeyd edir”.

E.Musayev vurğulayıb ki, yeni dünya düzəninin qurulması prosesi ağrılı keçir və Rusiyanın təxribatlar törətməsi gözləniləndir. Deputat qeyd edib ki, dövlət, millət olaraq buna hazır olmalı və təxribatlara qarşı addımlar atılmalıdır.